Ana Səhifə / Əsas Xəbərlər / 15 Sentyabr Bilik Günü

15 Sentyabr Bilik Günü

 

15 SENTYABR BİLİK GÜNÜ 

Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etməşərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədəəhəmiyyətlidir. Bu haqda Hz. Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhabələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən “Mənə bir hərf öyrədənin köləsi olaram” demişdi.
Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazımbəy, Yusif Məmmədəliyev kim yüzlərlə nəhəng alim və filosoflar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.

Zəki Kursları 15 Sentyabr Bilik  Günü münasibətilə bütün şagirdlərimizi təbrik edir və  yeni dərs ilində uğurlar arzu edirik!

Haqqında zeki

Növbəti Xəbər

Qurban Bayramınız Mübarək!

  Əziz şagirdlər və müəllimlərimiz sizləri Qurban Bayramı münasibətilə hər birinizi təbrik edir , həmçinin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Copy Protected by Chetan's WP-Copyprotect.