17.04.2022 –ci tarixində Zəki hazırlıq kurslarının kollektivi ilə iclas keçirilmişdir!
17.04.2022 –ci tarixində Zəki hazırlıq kurslarının kollektivi ilə iclas keçirilmişdir. İclasın əsas məqsədi Zəki hazırlıq kurslarına yeni rəhbər Hüseynov Məhəmməd İbrahim oğlunun təyin olunması idi. Məhəmməd müəllim öz çıxışında kursumuzun müəllim və digər personal heyətinə özü haqqında qısa məlumat verdikdən sonra kursumuzun gələcək planları, təşkilati tədbirləri, təhsil prosesində olan fəaliyyətlərimizin daha da təkmilləşdirilməsi, nizam intizama riayət olunması, şagirdlərimizin qarşıdan gələn imtahanlara daha məsuliyyətli hazırlanması istiqamətində tapşırıqlarını verdi. Gələcəkdə Zəki hazırlıq kurslarının uğurlarının daha çox olması istiqamətində fəaliyyətlərin tam həcmdə yerinə yetirilməsi üçün hər kəsin öz vəzifələrini layiqincə yerinə yetirməyə borclu olduğunu vurğuladı. Təhsilin gələcək olduğunu və bu gələcəyin necə olmasının müəllimlərdən aslı olduğunu bildirdi. Sonda son imtahanlarda fənlər üzrə daha yüksək nəticələr əldə edən hazırlıq qruplarının müəllimlərinə sertifikatlar və mükafatlar təqdim edildi.
Aprel 20 , 2022