• (+22) 326 00 36
  • info@zeki.edu.az
  • Gədəbəy Şəhəri, Heydər Əliyev pro.
  • Facebook
  • Twitter
  • Google-plus
  • whatsapp

20 YANVAR

Azərbaycana qarşı 70 il davam edən Sovet-Rus təcavüzü 1990-cı ilin 20 Yanvarında qanlı faciə ilə nəticələndi. Həmin məşəqqətli gün hamımızın yaddaşına əbədi həkk olundu.Tarixə qanla yazılmış bu səhifə xalqımızın təkcə qanla dolu faciəsi yox, həm də qəhrəmanlıq tarixi kimi yazılıb qaldı tarixdə.Artıq o illərdən 28 il vaxt ötür.Həmin tarixi gündən 2 il keçməmiş xalqımız müstəqilliyini qazandı.Bu ilin oktyabr ayının 18-də xalqımız müstəqilliyinin 27 ilini qeyd edəcək.Torpaqlarımıza erməni təcavüzü ilə başlayan bu cür hadisələr ancaq hələ də davam etməkdədir.1988-ci ilin 24 fevralından, demək olar ki, bu günə qədər biz hər il şəhidlər veririk.İlk şəhidlərimiz olan Əli və Bəxtiyar həmin tarixdə torpağa tapşırılıb.Bu şəhidlərin olmaması üçün biz əlbəttə, bir nəfər kimi birləşib vətən yolunda ayağa durmalı, erməni dığalarını və onun arxasında duran müxtəlif gücləri yerində oturtmalıyıq. Nə qədər ki belə olmayıb torpaqlarımızın geri qaytarılması, şəhidlərimizin olmaması müşkül məsələyə çevrilə bilər.Necə ki əvvəllər Göyçə,Borçalı,Dərbənd, daha uzağa getsək bölünmüş Azərbaycan yaraları sağalmadığı kimi, bu yaralarımızda sağalmaya bilər. Yeri gəlmişkən, qeyd etməyi özümə borc bilirəm ki, deyəm: Azərbaycanın ikiyə bölünməsindən bu ilin 10 fevralında artıq 190 il keçir. Artıq 190 ildir ki, biz parçalanmış Azərbaycan vətəndaşlarıyıq. Bötövlüyü əlimizdən alınan bir xalqıq. Ona görə də bütün faciələrimizin, eləcə də 20 Yanvar faciəsinin kökündə də bax həmin paralanmış Azərbaycan durur. Məncə, 20 Yanvara gələn yol da həmin “Türkmənçay” müqaviləsindən gəlir. Biz 20 Yanvardan 20 Yanvara yox, bütün günlər bu haqqda düşünməli, şəhidlərimizin qanını yerdə qoymamaq üçün milli düşüncəmizi yeniləyərək mübarizəmizi hər gün, hər an davam etdirmək gücündə olmalıyıq. Allah şəhidlərimizə rəhmət eləsin.

Sahib Camal

 

 

Yanvar 19 , 2018

Copy Protected by Chetan's WP-Copyprotect.