Od çərşənbəniz mübarək !
Bu gün Novruz bayramı öncəsi qeyd edilən 4 çərşənbələrdən ikincisi olan Od çərşənbəsi günüdür.
Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanıb. Od çərşənbəsinin mahiyyətində odun qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inamı ifadə olunur.
Od çərşənbəsində oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur. Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Hər evin qarşısında tonqal qalanması həmin ilin isti, bərəkətli keçməsinə nişanədir. İnsanların inancına görə, süfrəmizin bollu, bərəkətli olması, ilimizin şirin və sevinc dolu keçməsinə səbəb olur.
Biz də öz növbəmizdə xalqımızı Od çərşənbəsi münasibətilə təbrik edirik. İliniz isti, bərəkətli keçsin. Ocağınız daim yansın!
Mart 03 , 2020